Fransa Prezidenti Emmanuel Makron Ermənistana silah tədarükü ilə bağlı açıqlama verib.
AzerTimes xəbər verir ki, Makronun sözlərini Fransanın Ermənistandakı səfiri Olivye Dekottini özünün X mikrobloqunda paylaşıb.
“Prezident Emmanuel Makron Fransa silahlarının Ermənistana tədarükü ilə bağlı: Silahlanmaq istəyən və başqa ölkənin təcavüzünə məruz qala biləcəyini düşünən suveren ölkənin sorğusuna cavab vermək normaldır”, – Dekottini Makrondan sitat gətirib.