Makron Əliyevin üzünə gülür, sonra isə… – Sensasion baxış

Makron Əliyevin üzünə gülür, sonra isə… – Sensasion baxış

Ötən gün Fransa Senatı son iki ildə ikinci qalmaqallı antiazərbaycan qətnaməsini qəbul etdi. 332 senatordan 295-i qətnamənin lehinə, biri əleyhinə səs verib, qalanları isə bitərəf qalıb. Əvvəla, vurğulamaq lazımdır ki, 2020-ci il qətnaməsi kimi, dünən qəbul edilmiş sənədin də heç bir hüquqi qüvvəsi yoxdur. Fransa Senatının hökuməti nəyəsə məcbur etmək səlahiyyəti yoxdur, o, yalnız heç bir hüquqi qüvvəsi olmayan tövsiyələr və müraciətlər formalaşdıra bilər.

AzerTimes xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“İki il əvvəl Fransa XİN-i birinci qətnaməni dərhal rədd etdi. O zaman departament yanında dövlət katibi Jan-Batist Leman bildirdi ki, Parisin nöqteyi-nəzərindən Azərbaycan əleyhinə addımların heç kimə faydası olmayacaq. Nəticədə ilk qalmaqallı qətnamə real effekt vermədi, Paris Qarabağ separatçılarının müstəqilliyini tanımadı. Müharibədən sonra Paris Paşinyan rejimi ilə əlaqələri gücləndirməyə, öz siyasətçilərini qanunsuz olaraq Qarabağa keçirməyə başladı. Ən böyük erməni diasporlarından biri Fransada yaşayır və onun əlinə oynamaq əlavə maliyyə, həm də seçkidə əlavə səslər verir”, – Petrov bildirib.

Analitikin sözlərinə görə, ikinci qətnamə ilə bağlı vəziyyət fərqlidir, çünki o, yeni şərtlərlə qəbul edilib:

“Müharibə iki ildən çoxdur ki, başa çatıb. Təxminən bir il əvvəl Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması aktiv fazaya daxil olub. Son aylarda bütün əsas Qərb oyunçuları bu münasibətlərin tənzimlənməsi üçün aktiv fəaliyyətə keçiblər: Brüssel artıq İlham Əliyevlə Nikol Paşinyan arasında danışıqların beş raundunu keçirib. Azərbaycan və Ermənistan arasında Vaşinqtonda da görüşlər keçirilib. Rusiya-Azərbaycan-Ermənistan üçbucağı da əsas nizamlanma formatı olaraq qalır. Avropanın Azərbaycana marağı iqtisadiyyatla bağlıdır, çünki respublika enerji problemlərinin həllində avropalılara kömək etmək iqtidarındadır, Ermənistana maraq isə siyasətlə bağlıdır, çünki Nikol Paşinyan rejimi Rusiyanın təsirini zəiflətmək və Avro-Atlantikaya keçmək üçün imkanlar axtarır. ABŞ-ın regionda Rusiya ilə geosiyasi qarşıdurması həm İrəvan, həm də Bakı ilə əlaqə saxlamağı tələb edir. Lakin Fransa özünü başqa cür aparır. Vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin həllində üç əsas vasitəçidən biri olan Paris birtərəfli siyasəti ilə özünü regional proseslərdəki faktiki yerindən məhrum edib”.

O qeyd edib ki, Cənubi Qafqaza münasibətdə Fransa indi dəstəklədiyi Ermənistan kimi davranır:

“Fransanın mövqeyinin konstruktivliyi ilə bağlı formal sözlər və daha sonra Azərbaycana qarşı bütün mümkün ittihamlar səsləndirilir. Bu cür davranış siyasi ikiüzlülüyün etalonudur. Makron oktyabrın 7-də Praqada İlham Əliyevlə görüşür, ona gülümsəyir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması yollarından danışır, bir həftə sonra isə Fransa televiziyasında qaşlarını qaldıraraq Bakını İrəvanın törətdiyi cinayətlərdə ittiham edir və Parisin Ermənistanı heç vaxt tərk etməyəcəyini bəyan edir. Bir neçə gün əvvəl Makron Azərbaycan prezidentinə zəng edərək Ermənistan-Azərbaycan həllini dəstəklədiyini bəyan edir, dünən isə Fransa Senatı Bakıya qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edir. Paris bu qədər açıq-aşkar ikiüzlü hərəkət etməklə sadəcə özünü Cənubi Qafqazdan qovmuş olur. İkinci qətnamə Fransa Senatının bütün sənədləri kimi etibarlı deyil və çətin ki, Azərbaycana qarşı sanksiya təzyiqi olsun, ilk növbədə bu, faydasızdır. Birincisi, AK səviyyəsində AB Azərbaycan qazının idxalını genişləndirməkdə maraqlı olduğunu bəyan edib. İkincisi, Azərbaycandan enerji resurslarını alan ölkələr sanksiyaların əleyhinə səs verəcək və belə bir layihəyə görə onların Parislə münasibəti pisləşəcək. Üçüncüsü, AŞ Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçilikdən ayrılmaq istəməyəcək və Avropa strukturları Bakıya qarşı çıxmağa cəhd etsələr, bunun sonu mütləq gələcək. Lakin fransalı senatorların müraciətlərinin mənasızlığı bu sənədin siyasi effektini inkar etmir. Paris nəhayət ki, sülh proseslərini tərk etdi. Görünür, belə yaxşıdır. Paris öz kartlarını göstərdi və indi nə Bakının buna vaxt sərf etməsinə ehtiyac var, nə də Moskvanın Makronun Rusiyanın nizamlama səylərinə bir növ müdaxilə edəcəyindən narahat olmasına. Fransa artıq Azərbaycanla Ermənistan arasında vasitəçilikdə Rusiyaya rəqib deyil, diplomatik mövqelərini sözün əsl mənasında təslim edir. Fransa təhlükəsi indi yalnız erməni geosiyasi cəbhəsinə yönəlib, Paris İrəvan uğrunda Moskva ilə açıq mübarizə apardığını bəyan edir. Parisin Cənubi Qafqazdakı balansdan qəti şəkildə imtina etməsi regionda avtomatik balansın pozulması deməkdir, çünki ən böyük oyunçulardan biri özünə tərəf seçib və seçilmiş tərəfi – Ermənistanı gücləndirmək üzərində işləməyə başlayıb. Təəssüf ki, bu, ən pis seçimdir, çünki Ermənistan Azərbaycanla qarşıdurmanı saxlamaqda qərarlıdır. Bu o deməkdir ki, Fransa Cənubi Qafqazda yeni müharibə yaratmağa çalışacaq.

İkinci qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur, lakin onun nəticələri olacaq və yalnız mənfi və çox ciddi nəticələri”.

Teqlər: