Böyük maraqla son aylar ərzində Azərbaycanın ünvanına müxtəlif tənqidlə çıxış Qərbin reaksiyasını gözləyirəm. Xüsusilə də AB ölkələrinin reaksiyası maraqlıdır.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Azərbaycanda ötən gün baş tutan prezident seçkilərini müşahidə edən İqor Korotçenko seçki nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
“Mənə maraqlıdır, Fransa Prezidenti Makron, AB parlamentin deputatları, Avropa Şurası nə deyəcək? Susacaq, yoxsa Azərbaycan xalqını və İlham Əliyevi təbrik edəcək?
Azərbaycan xalqı Avropa liderlərinin yuxusunda belə görmədiyi fenomenal nəticə ilə İlham Əliyevi prezident seçdi. Qərb, təbii ki, bacarsa, qeyri-konstruktiv tənqiddən əl çəkib, Bakını təbrik etməlidir. Və ümumi təhlükəsiz gələcək üçün işləmək lazımdır. Görək, hadisələr necə cərəyan edəcək. Böyük maraqla AB liderlərinin reaksiyanı gözləyirəm, maraqlıdır, onlar susacaq, təbrik edəcək, yoxsa qəzəblə fısıldayacaqlar? Nəticə isə onsuz da məlumdur”, – o bildirib.