Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı ağır vəziyyətlə bağlı açıq-aşkar dəhşətli məlumat alır. Buna görə də gözlənilmədən Ukraynadakı vəziyyətlə bağlı Parisdə konfrans çağırdı.
AzerTimes xəbər verir ki, bu sözləri britaniyalı hərbi ekspert Aleksandr Merkuris internet kanalında deyib.
“Makronun panikası onu deməyə əsas verir ki, onlar Ukraynadan məlumat alırlar. Bu isə onu göstərir ki, orada vəziyyət hətta bizim, münaqişənin gedişatını günbəgün izləyən insanların bildiyindən də pisdir”, – o bildirib.
Merkurisin fikrincə, Makronun davranışı və Ukraynaya Qərb qoşunlarının göndərilməsini istisna etməməsi Brüssel elitasının əhval-ruhiyyəsindən xəbər verir.
Ekspert vurğulayıb ki, onlar münaqişədə vəziyyətin onların nəzarətindən çıxdığını aydın görürlər.