Makron da Zelenski ilə saziş imzaladı

Makron da Zelenski ilə saziş imzaladı

Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Parisdə keçirilən görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.

AzerTimes xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

“Bir daha vurğulamaq istərdim ki, Fransa uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə davam edəcək. Bu, Ukrayna NATO-ya daxil olana qədər qüvvədə qalacaq, imzaladığımız onillik sazişin məqsədi budur”, – Makron bildirib.

Müqavilə çərçivəsində Paris Ukraynaya 3,24 milyard avro əlavə hərbi yardım verəcək, həmçinin Kiyevə silah göndərəcək və əsgər və zabitlərin təlimində iştirak edəcək.

Qeyd edək ki, analoji sazişi ötən gün Zelenski Berlində Almaniya kansleri Olaf Şoltsla imzalamışdı.

Teqlər: