Madriddə Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş zamanı Avropa Şurasının Gürcüstana AB-yə üzvlük perspektivi vermək qərarı və iki ölkə arasında mövcud tərəfdaşlıq məsələləri əsas mövzu olub.
İrakli Qaribaşvili Fransa prezdenti Emanuel Makronu Gürcüstana dəvət edib.