ABŞ Prezidenti Co Baydenlə fransalı həmkarı Emmanuel Makron arasında Ağ Evdə görüş olacaq.
AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
Görüşün dekabrın 1-də baş tutacağı gözlənilir.
Tərəflərin Ukraynadakı müharibə də daxil olmaqla, bütün qlobal məsələlərlə bağlı müzakirə aparacağı bildirilib.