Fransa Prezidenti Emmanuel Makron müstəmləkə dövründə Afrikadan talan edilərək aparılmış mədəni irsin geri qaytarılması ilə bağlı verdiyi sözü tutmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Afrika Nyus” məlumat yayıb.
Məlumata görə, 2017-ci ildə Emmanuel Makron tərəfindən verilən vəd hələ də yerinə yetirilməyib.
Qeyd edək ki, Makron açıqlamasında Afrika irsinin Afrikada sərgilənməli olduğunu bəyan etmişdi.