Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində fitə basılıb.
AzerTimes xəbər verir ki, bu barədə Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində bildirib.
“Müəyyən auditoriya Makronun gəlişindən açıq-aydın narazılığını ifadə edir. Bunu görən Makron da hətta çaşıb qalıb”, – Filippo bildirib.
Onun sözlərinə görə, bu fraqment efirdə kəsilib, siyasətçi görüntünün yayılmasına çağırış edib.