Abort bütün qadınların fundamental haqqıdır və bu, qorunmalıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Tvitter səhifəsində yazıb.
“Abort bütün qadınların fundamental hüququdur və bu hüquq qorunmalıdır. ABŞ Ali Məhkəməsi tərəfindən azadlığı mübahisələndirilən qadınlarla həmrəy olduğumu bildirirəm”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi dölün həyat qabiliyyəti yaşına çatmadığı təqdirdə abort üçün federal təminatları ləğv etmək qərarına gəlib. İlkin olaraq, 6 ştatda abort tamamən qadağan edilib.