
Fransa Prezidenti Emmanuel Makron 48 saat ərzində yeni baş naziri təyin edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən “Le Monde” məlumat yayıb.
Bildirilib ki, Makron keçmiş baş nazir Sebastyan Lekornuya işinə görə təşəkkür edib, çünki o, son iki gündür siyasi böhranın həlli ilə bağlı partiya nümayəndələri ilə məsləhətləşib.

