Fransa Prezidenti Emmanuel Makron aprelin 5-7-də Çinə işgüzar səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Makronu Çinə ölkə başçısı Si Szinpin dəvət edib.
Səfər zamanı Fransa Prezidenti Ukraynadakı münaqişəni Çin rəhbərliyi ilə müzakirə etmək və Pekini Rusiyanın hərbi dəstəyinə qarşı xəbərdar etmək niyyətindədir.