Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron yekun debatda rəqibi, “Milli Cəbhə” partiyasının təmsilçisi Marin Le Peni məğlub edib.
“Elabe” araşdırma institutu tərəfindən keçirilmiş sorğuya əsasən, televiziya debatını izləyən tamaşaçıların 63%-i E.Makronu, 34%-i isə M.Le Peni dəstəkləyib.
Sorğuda 1314 respondent iştirak edib.
Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan E.Makron və 21,3% səs toplayan M.Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.