Makroiqtisadi tarazlığın qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilir – Baş nazir

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ötən
il Azərbaycanda sosial-iqtisadi inkişaf tempi davam edib.

AzerTimes-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin
bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi
zaman deyib.

Ə.Əsədov qeyd edib ki, ölkədə makroiqtisadi tarazlığın qorunması
istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Baş nazir vurğulayıb ki, pandemiyaya baxmayaraq, həyata
keçirilən çevik tədbirlər, vaksinasiya nəticəsində məhdudiyyətlərin
aradan qaldırılması iqtisadi aktiviliyin bərpa olunmasına imkan
verib.

Hökumət başçısı bildirib ki, Azərbaycanın strateji valyuta
ehtiyatları 53 milyard dolları keçib.

Teqlər: