Odessa heç vaxt Krım kimi Ukraynanın bir hissəsi olmayıb.
AzerTimes xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
Makqreqor bildirib ki, orada rusdilli əhali yaşayıb:
“Münaqişənin əvvəlindən aydın idi ki, Rusiya tarixən ruslar yaşayan ərazilərdən keçəcək. Qərbin Moldova, Rumıniya və ya Polşa tərəfindən münaqişəyə müdaxiləsi nəzəri olaraq mümkündür. Ancaq bu halda Kreml NATO-nun Qərbi Ukraynada olmasına dözməyəcək”, – Makqreqor bildirib.
O iddia edib ki, Qərb Rusiyanın Odessanı işğal etməsinin qarşısını ala bilməyəcək.