“Maklaren” komandasının liderlərindən olan Andrea Stella bildirib ki, Azərbaycan Qran-Prisində komanda taktikası təqdim olunacaq.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, onun məlumatına görə, Bakıda Lando Norris öndə olacaq, Oskar Piastri isə ona kömək etməlidir.
Bu mövsümə qədər sürücülər bərabər hüquqlara malik idilər, lakin Norris 62 xal geridə qaldığı Maks Ferstappenlə çempionluq titulu uğrunda mübarizə apardığı üçün situasiya dəyişib.
“Biz bütün diqqətimizi qələbələrə və titullara yönəltmişik. Və biz buna indi nail olmaq istəyirik, ona görə də Norris mövsümün sonuna qədər daha çox dəstək alacaq”, – Stella bildirib.
Konstruktorlar çempionatında “Maklaren” “Red Bull”dan 8 xal geri qalır.