Makılı xanım fəal həbs edildi

Makılı xanım fəal həbs edildi

Tehranda yaşayan azərbaycanlı xanım fəal, islam dininin bəhai təriqətinə mənsub Müjgan Salmanzadə Qərbi Azərbaycan əyalətinin Makı şəhərində həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, fizioloji psixologiya sahəsində məşhur tədqiqatçı olan Salmanzadəni təhlükəsizlik məmurları həbs edib, dindirdikdən sonra Makı şəhərinin həbsxanasına köçürüblər.

Onun nədə günahlandırıldığı açıqlanmayıb.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır.

Teqlər: