Makıda türk dilində olan küçə adları farslaşdırıldı

Makıda türk dilində olan küçə adları farslaşdırıldı

Qərbi Azərbaycan əyalətinin Makı şəhərində bir çox qədim yer və küçə adları dəyişdirilərək, farsca adlarla əvəzlənib.

AzerTimes xəbər verir ki, bu barədə makılı mədəni fəallar məlumat yayıblar.

Onların sözlərinə görə, “Beş göz”, “Burc”, “Qəzbəli”, “Xankərxan”, “Qarahızlı”, “Şam”, “Şirbaşı”, “Qara gömü” kimi bir sıra küçələrin türkcə adları fars dilində olan “Setayeş”, “Qolestan”, “Ostadan”, “Qolha”, “Qolgəşt”, “Bəharan”, “Qolçin”, “Qolbad” və başqa adlarla əvəzlənib.

Küçə adlarının Qərbi Azərbaycan əyalətinin Küçə və İctimai Yerlərin Adlandırılması İdarəsi tərəfindən dəyişdirildiyi bildirilib.

Teqlər: