Makedoniya adını dəyişir

Makedoniya adını dəyişir

Şimali Atlantika Aliansı 2018-ci ilin yazında Makedoniya Respublikasını öz sıralarına qəbul etməyə hazırlaşır.

NATO-ya daxil olmaq üçün Makedoniya adını dəyişməyə hazırlaşır. Hazırda rəsmi Skopenin qarrşısını kəsən yeganə maneə qonşu Yunanıstandır. Rəsmi Afina bu ölkədən adını dəyişməyi tələb edir. Səbəb isə Yunanıstanın eyni adlı şəhərinin olmasıdır: “NATO-nun baş katibi Yens Stoltenberq İyulun ortalarında Skopeyə səfər etməyi və bu məsələni müzakirə etməyi planlaşdırır. NATO-nun məqsədi bu ölkəni 2018-ci ilin yazınadək öz sıralarına daxil etməkdir”-deyə agentliyin əməkdaşı bildirib.

Rəsmi Afina da öz iddiasından geri çəkilmək fikrində deyil.

Makedoniyanın baş naziri Zoran Zayev iki yolun olduğunu deyir: Birincisi ölkənin adını dəyişmək, ikincisi müvəqqəti adla NATO-ya daxil olmaq və rəsmi Afina ilə danışıqları davam etdirmək.

Yunanıstanla Makedoniya arasında “ad” qalmaqalı 1991-ci ildə, bu ölkənin Yuqoslaviyanın tərkibindən çıxması ilə başlayıb. Rəsmi Afina bu ölkənin adını özünün Makedoniya adlı qədim şəhəri ilə eyni olduğu üçün dəyişdirməkdə israrlıdır. Yunanıstanın fikrincə, gələcəkdə Makedoniya ona qarşı torpaq iddiası ilə çıxış edə bilər. Rəsmi Afina Makedoniyanın adının “Keçmiş Yuqoslav Respublikası Makedoniya” kimi də səsləndirilməsinə çalışır.