MAK prezidentindən Makrona: Bu, sənə aid deyil

MAK prezidentindən Makrona: Bu, sənə aid deyil

Mərkəzi Afrika Respublikasının Prezidenti Fosten-Arkanj Tuadera fransalı həmkarı Emmanuel Makron ilə danışıqlar zamanı Rusiya ilə əməkdaşlıq barədə danışmaqdan imtina edib.

AzerTimes xəbər verir ki, Tuadera fransalı həmkarına müdafiə ilə bağlı dövlətlər arasında razılaşmanın bir hissəsi kimi Rusiya hakimiyyəti ilə işlədiyini izah edib və sonra əlavə edib ki, qalanı Makrona aid deyil.

“Əgər biz ənənəvi tərəfdaşımız Fransa ilə tam inamla işləmək istəyiriksə, o zaman biz yaşadığımız reallığa və ölkəmiz üçün istədiklərimizə əsaslanaraq işləyəcəyik”, – Tuadera qeyd edib.

Teqlər: