Mais Ağayev yoxa çıxdı: həbs edilib? – Prokurorluq susur

Mais Ağayev yoxa çıxdı: həbs edilib? – Prokurorluq susur

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Nəqliyyat Agentliyində (BNA) əməliyyat keçirdiyi, BNA-nın mətbuat katibi olmuş Mais Ağayevin saxlanıldığı barədə bir müddət öncə məlumat yayılmışdı.

AzerTimes xəbər verir ki, məlumatda 25 iyul 2023-cü ildə keçirilən əməliyyat zamanı saxlanılan Mais Ağayevin iki aydan sonra sərbəst buraxıldığı, onun isə ölkəni tərk etdiyi iddia edilirdi.

Halbuki Mais Ağayevin 7 fevral 2024-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində səs verməsi barədə görüntülər yayılmışdı. Ona görə də onun Türkiyəyə getməsi mübahisələndirilmişdi.

M.Ağayev sosial şəbəkələrdə aktiv olmasına rəğmən, barəsində yayılan iddialarla bağlı heç bir açıqlama verməyib, onunla hər hansı əlaqə yaratmaq da mümkün olmayıb.

Bəs, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi belə bir əməliyyat keçiribmi? Əməliyyat zamanı saxlanılan olubmu və M.Ağayevin adının hallanması nə qədər həqiqətə uyğundur?

Qeyd edək ki, hadisə ilə bağlı məlumat 6 iyunda yayılıb, 7 iyunda Baş Prokurorluğa sorğu ilə müraciət etmişik. Aradan keçən müddət ərzində sorğu dəfələrlə təkrar olunsa da, 18 gündür Baş Prokurorluğun mətbuat xidməti mövzu ilə bağlı susmağa davam edir.

Teqlər: