Prezident İlham Əliyev M.M.Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam verib.
AzerTimes xəbər verir ki, Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:
– Azərbaycan Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafında uzunmüddətli və səmərəli xidmətlərinə görə Mair Manaf oğlu Ələkbərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.