Maidə Qaragöz Təbriz həbsxanasına köçürüldü

Maidə Qaragöz Təbriz həbsxanasına köçürüldü

Təbrizli fəal Maidə Qaragöz Təbriz həbsxanasına köçürülüb.

AzerTimes xəbər verir ki, bu barədə fəalın qardaşı Tvitter hesabında paylaşım edib.

“Bacım Maidəni həbsxanaya köçürüblər. Onun girov qarşılığında sərbəst buraxılmasına icazə verilməyib. Vəkilinin də işə qarışmasına maneə yaradılıb. Bacımın nədə ittiham olunduğu barədə məlumat verilmir. Lütfən bizim səsimiz olun”, -paylaşımda qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl sentyabrın 28-də özünün sosial media hesabındakı paylaşımlarına görə saxlanılan M.Qaragöz iki həftə sonra 100 milyon tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılmışdı.

Teqlər: