Türkiyənin İstanbul şəhərində Yeni il gecəsi məşhurlarla dolu olan məkanda silahlar işə düşüb.
AzerTimes xəbər verir ki, saat 3:30 radələrində məkanda əylənən iki qrup arasında dava düşüb. Onlar silaha əl atıblar. Hadisə zamanı məkanda olan Mahsun Qırmızıgülün oğlu Mahmud Qırmızıgülün çiyninə 2 güllə dəyib.
Hadisə ilə bağlı istintaq davam edir.