Mahsun Pezeşkiana səsləndi: Bunu edin, söz verirəm ki…

Mahsun Pezeşkiana səsləndi: Bunu edin, söz verirəm ki…

Məşhur türkiyəli müğənni Mahsun Qırmızıgül İranın yeni prezidenti Məsud Pezeşkianı qadınların hüquqlarının müdafiəsinə çağırıb.

AzerTimes xəbər verir ki, o, bu barədə İnstaqram hesabında paylaşım edib.

“Sizdən ən böyük xahişim İran qadınlarının həyatını yaxşılaşdıracaq və onları zorakılıqdan qoruyacaq islahatların həyata keçirilməsidir. Sizdən qadınlarımızın qəddarlıq və zorakılıqdan uzaq, daha dinc və xoşbəxt həyat sürmələri üçün lazımi addımlar atmağınızı ürəkdən istəyirəm. Əgər siz bu islahatları həyata keçirsəniz, sizə söz verirəm ki, İranın ən böyük stadionunda pulsuz konsert verəcəyəm”, – müğənni bildirib.

Teqlər: