Fələstin lideri Mahmud Abbasın noyabrın 15-nə Moskvaya təyin edilən səfəri təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
O, səfərin Fələstin tərəfinin istəyi ilə təxirə salındığını bildirib:
“Fələstin tərəfi regiondakı ağır vəziyyəti əsas gətirərək M.Abbasın ölkəni tərk edə bilmədiyini açıqlayıb. Biz bu vəziyyəti anlayışla qarşılayırıq”.