Mahmud Abbasdan Putinə dəstək

Mahmud Abbasdan Putinə dəstək

Rusiya Prezidenti Vladimir Putinlə Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Telefon danışığı zamanı M.Abbas bəyan edib ki, Rusiya hakimiyyətinin 24 İyun hadisələri zamanı konstitusiya quruluşu və hüququn qorunması istiqamətində atılan addımlarını tam dəstəkləyir.

Hər iki lider Rusiya ilə Fələstin arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, Putin mövcud beynəlxalq hüquq normaları əsasında Fələstin-İsrail böhranının ədalətli və davamlı həllinin tapılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Sonda tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Teqlər: