Fələstin Prezidenti Mahmud Abbas bu gün Türkiyəyə yola düşüb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı keçirilən rəsmi mərasimdə çıxışı zamanı deyib.
O xatırladıb ki, Mahmud Abbasın sabah Türkiyə Böyük Millət Məclisində çıxışı planlaşdırılır.
Qeyd edək ki, ötən gün M.Abbas Rusiyada səfərdə olub.