Mahmud Abbas Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı
İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə
təbrik məktubu göndərib.

AzerTimes-ın məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə,
Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına
Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi
təbriklərimi çatdırmağa şadam.

Xalqlarımız və ölkələrimiz arasında onilliklər ərzində mövcud
olan qardaşlıq və əməkdaşlıq münasibətləri qürur duyduğumuz
yüksəliş və inkişafa şahidlik etmişdir. İkitərəfli
münasibətlərimizin ən yüksək səviyyəyə yüksəldilməsi, ölkələrimiz
və xalqlarımızın mənafeyinə uyğun olaraq yeni üfüqlərin açılması
üçün birgə səylərin gücləndirilməsinə böyük əhəmiyyət verdiyimizi
vurğulamaq istəyirəm.

Bu mühüm diplomatik fürsətdən istifadə edərək Azərbaycanın
quruculuq və yüksəliş prosesinə, onun rəhbərliyinin və xalqının
gələcək inkişaf və tərəqqisi üçün iradə və müdrikliyinə heyran
olduğumuzu bildirirəm.

Xalqımıza, onun ədalətli probleminə, azadlığına və
müstəqilliyinə nail olmaq, paytaxtı Şərqi Qüds olmaqla Fələstin
dövlətini qurmaq uğrunda apardığı qanuni mübarizəsinə dəstək verən
həmrəylik mövqeyinizi yüksək qiymətləndirirəm.

Əziz qardaşım, xahiş edirəm ən xoş arzularımı qəbul edəsiniz.
Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, ölkənizə və
xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm”.

Teqlər: