Fələstin Prezidenti Mahmud Abbas ölkənin yeni Baş naziri vəzifəsinə Məhəmməd Mustafanı təyin edib.
AzerTimes xəbər verir ki, təyinata qədər Məhəmməd Mustafa Fələstin İnvestisiya Fondunun direktoru olub. Mahmud Abbas ona ölkənin 19-cu hökumətini formalaşdırmağı tapşırıb.
Qeyd edək ki, Fələstin Prezidenti fevralın 26-da Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.