Fələstin Prezidenti Mahmud Abbas Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Mahmud Abbas avqustun 13-də Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Görüşdə Fələstin-İsrail münaqişəsinin hazırda kəskinləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.