İran İsrailə 400 raket buraxdı və bu hücum nəticəsində yalnız bir məzlum fələstinli həlak oldu, heç bir israilli ölmədi və İsrailə ziyan dəymədi.
AzerTimes xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas deyib.
“İrandan tələb edirik ki, öz mənafeyinə görə bizə xəsarət yetirmək və zərbə vurmaqdan əl çəksin”,- Mahmud Abbas sosial media hesabında yazıb.
Qeyd edək ki, İranın İsrailə raket hücumu nəticəsində Eriha şəhərində Qəzza zolağından olan bir fələstinli qaçqın həlak olub.