Mahir Emrelinin klubu qələbə qazandı

Mahir Emrelinin klubu qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə “Konyaspor”unda növbəti oyununu keçirib.

AzerTimes xəbər verir ki, “Konyaspor” səfərdə “Kasımpaşa”ya 2:1 hesabı ilə qalib gəlib.

Mahir Əmrəli 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana çıxıb.

“Konyaspor”un qollarını 30-cu dəqiqədə Fransisko Kalvo və 45+6-cı dəqiqədə Mame Diuf vurublar. Meydan sahiblərindən isə 13-cü dəqiqədə Mamadu Foll fərqlənib.

Bu qələbə ilə xallarını 42-yə çatdıran “Konyaspor” 8-ci pilləyə yüksəlib.

Teqlər: