Təbrizin “Traktor” komandası Azərbaycan millisinin futbolçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə İranın “Total Futball” Teleqram kanalı məlumat yayıb.
Təbriz klubunun 27 yaşlı hücumçu ilə danışıqlar apardığı da vurğulanıb.
Qeyd edək ki, daha əvvəl Mahir Emrelinin Almaniya təmsilçisi “Nürnberq”ə keçməsi ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, “Traktor” ötən mövsüm İran Liqasında 54 xalla 4-cü olub.