Mahir Emreli “Konyaspor”la vidalaşdı

Mahir Emreli “Konyaspor”la vidalaşdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə “Konyaspor”undan ayrılır.

AzerTimes-ın məlumatına görə, bu barədə 25 yaşlı hücumçu özünün İnstaqram səhifəsində paylaşım edib.

“Hər şey üçün təşəkkürlər, “Konyaspor”, – o yazıb.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdacaq.

Teqlər: