Mahir Emreli borcunu ödədi, FİFA qadağanı ləğv etdi

Mahir Emreli borcunu ödədi, FİFA qadağanı ləğv etdi

Azərbaycan millisinin və Zaqrebin “Dinamo” klubunun hücumçusu Mahir Emreli Polşa “Legiya”sına olan borcunu ödəyib.

AzerTimes xəbər verir ki, bununla bağlı Futbolpress.az saytı məlumat yayıb.

Bildirilib ki, bununla da FİFA-nın M.Emrelinin futbol fəaliyyətinə qoyduğu qadağa aradan qaldırılıb.

Qeyd edək ki, FİFA “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

FİFA Futbol Tribunalı Emrelinin “Legiya”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.

Teqlər: