Mahaçqaladan Bakıya və Zaqatalaya aviareyslərin açılması gözlənilir.
Aeroportun mətbuat xidmətinin məlumatında bildirilir ki, Azərbaycan şəhərlərinə reyslərin açılması ilə bağlı danışıqlar aparılır.
Mahaçqala Beynəlxalq Aeroportunun yeni beynəlxalq terminalının tikintisi davam edir. Hava limanının baş direktoru Arsen Pirmaqomedovun sözlərinə görə, 8 min kvadratmetrdən artıq sahəni əhatə edəcək terminal saatda 190 sərnişinə xidmət göstərə biləcək.
Hazırda Mahaçqaladan İstanbula, Dubaya və Aktauya uçuşlar həyata keçirilir. Yeni terminal istifadəyə verildikdən sonra Azərbaycanla yanaşı, İran və Çinə də hava marşrutlarının açılması nəzərdə tutulub.