Mahaçqala hadisələrindən sonra Rusiya Prezidenti Vladimir Putin geniş iclas keçirəcək.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Putin bu gün Moskva vaxtı ilə təxminən saat 19:00-da geniş iclas keçirməyi və Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etməyi planlaşdırır”, – Peskov bildirib.
Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.