Xəbər - Humay Ağacanova – Trend:
Cari ildə magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nərminə Bayramova bildirib.
Onun sözlərinə görə, hələ ki, pandemiya şəraitində olduğumuz üçün qaydalara müəyyən dəyişikliklər ola bilər.
“Tələbələr 1-ci imtahanda iştirak etməyə çalışmalıdır. Müəyyən obyektiv və subyektiv səbəblərə görə imtahan 2-ci dəfə keçirilməsə, DİM-i ittiham etməsinlər”, – deyə o əlavə edib.
Qeyd edək ki, magistraturaya 1-ci qəbul imtahanının fevral ayının 20-də keçirilməsi nəzərdə tutulur.