Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə,
bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil
operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş
nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 17087
bakalavrdan 294 nəfəri imtahana gəlməyib. 1 nəfərdə mobil telefon
aşkarlandığı üçün, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün
imtahandan xaric olunub və nəticələri ləğv olunub. Bundan əlavə,
sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan
98 bal olub. Qəbul imtahanındakı nəticələri
müsabiqə şərtlərini
ödəyən bakalavrlar ixtisaslaşma seçiminə
buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun
olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal
tələbləri var).

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma
seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının
növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM
tərəfindən 24 fevral 2022-ci il tarixindən etibarən onlayn (“Zoom”
proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi
təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral
tarixlərində DİM-in saytında yerləşdirilən
elektron ərizəni
doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan
apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.

Teqlər: