Kür-Bakı magistral su kəmərində baş vermiş qəzaya görə Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Azərsu ASC-dən AzerTimes-a verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusui texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.