Mağazadan 10 min manatlıq siqaret oğurlayan şəxs saxlanılıb

Qəbələ rayonu Zarağan kəndi ərazisindəki tütün məmulatlarının topdan satışı ilə məşğul olan mağazadan 10 min manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında Qəbələ və Zaqatala RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini Tofiq Məmmədov saxlanılıb. Həmin şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı siqaretləri Bakı və Sumqayıt şəhərlərində satdığını bildirib.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: