“Maestro” tarifi biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır

“Maestro” tarifi biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır

Xəbər verdiyimiz kimi Birbank Biznes biznes sahibləri üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib.

AzerTimes xəbər verir ki, ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanacaq. Dekabr ayının 31-nə kimi Maestro tarifinə qoşulan hər bir sahibkar ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı kartlarına mədaxil və nağdlaşdırma kimi bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:

– Ölkədaxili milli valyutada köçürmələr

– Ölkəxarici köçürmələr

– Əmək haqqı kartlarına mədaxil

– Valyuta mübadiləsi

– Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric

– Əmək haqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/bbprmkd saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.

Teqlər: