“Maersk” şirkətinin yeni marşrutu Azərbaycandan keçəcək

Danimarkanın “Maersk” logistika şirkəti Asiyanı Mərkəzi Asiya
vasitəsilə Avropaya birləşdirən və Azərbaycandan keçən yeni
dəmiryol-dəniz marşrutu hazırlayıb.

Trend bu barədə
şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, “Maersk” bu marşrutun hazırlıqlarına mart ayında
başlayıb və ilk reys aprel ayında Çindən yola düşüb.

Konteynerlər Çinlə Qazaxıstan sərhədindəki Horqos yaşayış
məntəqəsini keçdikdən sonra dəmir yolu ilə Aktau stansiyasına, daha
sonra dəniz yolu ilə Azərbaycana çatıdırılır. Buradan konteynerlər
Gürcüstanın Poti limanına və fider gəmisi ilə Konstantsaya
(Rumıniya) yola salınır. Rumıniyadan yük dəmir yolu ilə Avropa
ölkələrindən keçməklə müxtəlif məntəqələrə çatdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: