Venesuelada Prezident Nikolas Maduroya sui-qəsd təşkil etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
AzerTimes xarici mediaya istinadən xəbər verir ki, bu barədə Venesuelanın baş prokuroru Tarek Uilyam Saab bildirib.
Qeyd olunub ki, işlə bağlı Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və müxalifətdə olan “Delo R” təşkilatının üzvü Uiker Xose Pinya saxlanılıb.
Onlar Vatsap statuslarında Maduroya qarşı təhdidlər yazmaqda ittiham olunurlar.
Həbs zamanı onların telefonlarında tankları ələ keçirmək və dövlət çevrilişi təşkil etmək üçün 50 əsgərin cəlb edilməsi ilə bağlı söhbətlər aşkarlanıb.
Qeyd edək ki, Venesuelada son bir il ərzində prezidentə qarşı 5 sui-qəsd cəhdində şübhəli bilinən 40-a yaxın adam həbs edilib.