Maduronun tərəfdaşını əfv etmək qərarı çətin idi – ABŞ

Maduronun tərəfdaşını əfv etmək qərarı çətin idi – ABŞ

ABŞ Prezidenti Co Bayden həbsdə olan Amerika vətəndaşlarını azad etmək üçün Venesuela ilə razılaşmanın bir hissəsi olaraq qaçaq venesuelalı diplomat Aleks Saabı əfv etməklə çətin qərar verib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.

“Bu mübadiləni mümkün etmək üçün prezident son dərəcə çətin bir qərar verməli, çirkli pulların yuyulması ittihamı ilə istintaq altında olan Aleks Saabı əfv etməli idi”, – rəsmi söyləyib.

Qeyd edək ki, ABŞ və Venesuela arasında məhbusların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, Venesuela 36 məhbusu azad edəcək. ABŞ-ın azad edəcəyi şəxs isə Maduronun müttəfiqi, kolumbiyalı iş adamı Aleks Saabdır.

Teqlər: