Dörd il əvvəl qanunsuz olaraq müvəqqəti dövlət başçısı elan edilən Venesuela müxalifətinin lideri Xuan Quaydo Kolumbiyadan qovulduğunu və hazırda ABŞ-a yollandığını bildirib.
AzerTimes xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
“Kolumbiyadan qovuldum. Diktatura rejiminin təqibləri təəssüf ki, Kolumbiyaya da sirayət edib. Ailəm, qızlarım təhdid edildiyi üçün ABŞ-a kommersiya reysi ilə uçuram”, – o bildirib.
Quaydo qeyd edib ki, Maduro hökuməti ilə mübarizəni davam etdirəcək.