Türkiyə ilə müttəfiq və yaxın olduğumuz üçün şanslıyıq.
AzerTimes xəbər verir ki, bunu Ankarada səfərdə olan Venesuela Prezidenti Nikolas Maduro bildirib.
“Venesuela dərin ikitərəfli əlaqələri sevgi, yaxınlıq və hörmətlə gücləndirmək üçün həmişə əlindən gələni edəcək. Biz bundan sonra da xalqlarımızın rifahı naminə çalışacağıq”, – Maduro vurğulayıb.
Qeyd edək ki, ötən gün N.Maduro Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib.