Madurodan Netanyahuya: Bu dövrün Böyük Hirodesi…

Madurodan Netanyahuya: Bu dövrün Böyük Hirodesi…

İsrail Rəfahda qətliam törədir. Əllərində olan gücə baxmayaraq, ABŞ və AB bu qətliamı dayandırmaq üçün heç nə etmir. Məncə, onlar bu qətllərə ortaqdırlar.

AzerTimes xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını tanımır. Hücumlar törədir, bombalar yağdırır. Haqq-ədalət onun vecinə də deyil. Netanyahu bu dövrün Böyük Hirodesidir. ABŞ və AB nə edir? Bütün bunlara səssiz qalırlar. Soyqırım səssizliyi… Hitler dövründən bəri bəşəriyyətin şahidi olduğu ən dəhşətli soyqırımlardan biri baş verir”, – prezident vurğulayıb.

Teqlər: