Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edib.
AzerTimes xəbər verir ki, “Tasnim” agentliyi İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutan səfərin iki gün davam edəcəyini bildirib.
Velesuela və İran prezidentləri nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçiriblər. Görüşdə 20 illik strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş siyasi, mədəni, neft, neft-kimya və turizm sektorlarında qarşılıqlı əlaqə və əməkdaşlığı təmin edəcək.
Qeyd edək ki, Maduro Türkiyə səfərini ötən gün yekunlaşdırıb.